ABŞ Səfirinin iqamətgahında "Gürcü Arzusu" və müxalifət nümayəndələrinin ikinci görüşü keçirilir
ABŞ Gürcüstandaki səfiri Keli Deqnanın iqamətgahında “Gürcü Arzusu” və müxalifət nümayəndələrinin ikinci görüşü keçirilir.
Danışıqlarda ABŞ səfiri ilə bərabər Avropa İttifaqının Gürcüstandaki nümayəndəsi Karl Hartsel də iştirak edir.
Rezidensiyadaki görüşdə, iqtidar tərəfindən Gürcüstan parlamentinin sədri Arçil Talakvadze iştirak edərək, seçki baryerini keçən doqquz partiya nümayəndələri ilə danışıqlar aparır.
Diplomatların iştirakı ilə, siyasi məsləhətləşmələrin ilk raundu noyabrın 12-də keçirilmişdi.