Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. “Reuters” agentliyinin məlumatına görə, Moskvanın mövcud sanksiyalardan yan keçə bilməməsi üçün yeni məhdudiyyətlərin hədəfi texnologiya sektorunun operatorlarıdır.
ABŞ-ın Xəzinədarlıq Departamentinin məlumatına görə, sanksiyalar 21 şirkət və 13 fiziki şəxsə tətbiq edilib. “Qara siyahı”-ya düşən şirkətlər arasında Rusiyanın ən böyük mikroelektronika, çip istehsalçısı və ixracatçısı olan “Micron” şirkəti də var.
“Reuters” agentliyinin yazdığı üzrə, Xəzinədarlıq Departamenti həmçinin Rusiya iqtisadiyyatının aerokosmik, dənizçilik və elektron sektorlarına da məhdudiyyətlər qoyub. Bu addım ABŞ-a bu sektorlarda fəaliyyət göstərmək qərarına gələn istənilən şəxs və ya şirkətə sanksiya tətbiq etməyə imkan verir.
“Biz bu seçilmiş mənasız müharibə bitənə qədər Putinin “döyüş maşını”-na hər tərəfdən sanksiyalar tətbiq etməyə davam edəcəyik”- deyə xəzinə katibi Canet Uelenis bildirib.