ABŞ prezidenti Kim Çen İn ilə dialoqa hazırdır
ABŞ prezidenti Kim Çen İn ilə dialoqa hazırdır

ABŞ prezidentinin dediyinə görə, o Şimali Koreyanın lideri ilə telefon danışıqları aparmağa hazırdır.

Ancaq, ABŞ prezidenti deyir ki, belə bir dialoq ön şərtsiz keçirilə bilməyəcək.

“Mən hər zaman dialoqların vacibliyinə inanmışam və mənim üçün bu problem deyil” – dedi Tramp, Kemp Devid rezidensiyasında çıxış edərkən.

ABŞ prezidenti, iki Koreya tərəfindən, yanvarın 9-da, demilitarizasiya edilmiş zonada keçiriləcək  danışıqları salamlayır və ümid bildirir ki, bu görüş zamanı sadəcə olimpik oyunlar haqqında deyil, həmçinin, nüvə silahı haqqına da müzakirələr aparılacaq.

“Gərəkən zamanda, danışıqlar prosesinə biz də qoşulacağıq” – dedi Tramp.