ABŞ olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq edib #1TVSPORT
ABŞ olimpiya çempionu Alina Kabayevaya sanksiya tətbiq edib #1TVSPORT

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Şöbəsi keçmiş gimnast Alina Kabayevanın adının da daxil olduğu sanksiyaya məruz qalan rusların yeni siyahısını dərc edib.

Bədii gimnastika üzrə olimpiya çempionu aktivlərin bloklanmasını və dollar sistemindən təcridi nəzərdə tutan Specially Designated Nationals-ın (SDN) siyahısına daxil edilib.

39 yaşlı Kabayeva “Milli Media Qrupu” holdinqinin direktorlar şurasının sədridir.