ABŞ-nin bir neçə ali təhsil müəssisəsində Fələstinə dəstək aksiyaları zamanı onlarla insan saxlanılıb
ABŞ-nin bir neçə ali təhsil müəssisəsində Fələstinə dəstək aksiyaları zamanı onlarla insan saxlanılıb

 
ABŞ-nin bir neçə ali təhsil müəssisəsində Fələstinə dəstək aksiyaları keçirilib və onlarla insan saxlanılıb. Bu barədə “Guardian” məlumat yayır.

Medianın yaydığı məlumatda, nümayişlərin Konnektikutdakı Yel Universitetində və Manhettendəki Nyu York Universitetində keçirildiyi deyilir. Tələbələr Qəzza sektorunda İsrailin keçirdiyi hərbi əməliyyatı dayandırmağı tələb edirdilər.

Yel Universitetində keçirilən nümayişdə azı 47 etirazçının saxlanılması haqda məlumat yayılır. Ali təhsil müəssisəsi onlara intizam cəzasının tətbiq ediləcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Kolumbiya Universitetində də Fələstinə dəstək aksiyası keçirilib. Bu səbəbdən bazar ertəsi ali təhsil müəssisəsində mühazirələr ləğv edilib.