ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən uzaqlaşdırıb
ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən uzaqlaşdırıb

ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən uzaqlaşdırıb. 216 konqresmen qərarı dəstəkləyib, 210-u isə əleyhinə çıxıb.

Makkartinin istefaya göndərilməsi təşəbbüsü Respublikaçı konqresmen Met Qets tərəfindən irəli sürülüb. O, həmçinin Makkartini Ukraynanı maliyyələşdirmək üçün prezident Co Baydenlə gizli sövdələşmədə ittiham edib.

Qeyd edək ki, bu, ABŞ tarixində aşağı palata spikerinin vəzifəsindən kənarlaşdırılmasının ilk halıdır. Makkarti bildirib ki, o, artıq Nümayəndələr Palatasının sədri olmasa da, onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan seçimlərinə görə peşman deyil.