ABŞ-ın nümayəndələr palatasına Adam Kizinger və Qeri Konoli Gürcüstanı dəstəkləyən akt təqdim etdilər
ABŞ-ın nümayəndələr palatasına Adam Kizinger və Qeri Konoli Gürcüstanı dəstəkləyən akt təqdim etdilər

Gürcüstanın dost qruplarının həmsədrləri, konqresmenlər Adam Kizinger və Qeri Konoli, ABŞ-ın nümayəndələr palatasına Gürcüstanı dəstəkləyən yeni bir akt təqdim etdilər.

Nümayəndələr palatasının veb-səhifəsində yayılan məlumatda qeyd olunur ki, qanunlayihə ABŞ-ın Gürcüstana dəstəyini və ərazi bütövlüyünə və suverenliyinə hörmətini təsdiqləyir və regionda Rusiyanın aqressiyasını qınayır.

“Rusiya aqressiyasına qarşı, gürcü dostlarımızın yanında möhkəm dururuq. Azad və demokratik Gürcüstanı dəstəklədiyi üçün həmkarım Qeri konoliyə təşəkkür etmək istəyirəm” – dedi Adam Kizinger.

Sənəddə həmçinin deyilir ki, ABŞ-ın ticari nümayəndələri azad ticarət razılaşması haqqında danışıqlar prosesində Gürcüstanla tərəqqiyə nail olmalıdırlar.