ABŞ-ın Gürcüstana dəstəyi

Rusiyanın NATO ilə bağlı verdiyi bəyanatlara paralel olaraq , Vaşinqton Moskvanı aqressiv siyasətə görə tənqid edir. Amerikalı konqresmenlər NATO-ya müraciət edərək, Gürcüstanın NATO-ya üzv olma prosesinin sürətləndirilməsinə çağırdılar. Konqresdə NATO-nun 70 illik yubileyinə həsr olunmuş xüsusi diskusiyada, Gürcüstanın əldə etdiyi tərəqqinin qiymətləndirilməsi və Qara dəniz regionunun təhlükəsizliyində, ölkənin rolunun artırılmasına dair bəyanatlar səsləndi. Konqresmenlərin mövqeləri Atlantik Şuranın üzvlərinin mövqeləri ilə üst-üstə düşür. Onlar Rusiyanın imperialist siyasətinə aktiv adımlarla cavab verilməsini tələb etdilər.