ABŞ-ın dəniz-hərbi qüvvələrinin gəmisi "Donald Kuk" Gürcüstan ərazisinin sularına daxil oldu
ABŞ-ın dəniz-hərbi qüvvələrinin gəmisi “Donald Kuk” ( (USS Donald Cook – DDG-75)) Gürcüstan ərazisinin sularına daxil oldu.
Batumi limanında gəmiyi Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polisinin sahil müdafiyəsi departamentinin direktoru, birinci ranqın kapitanı Ramaz Papidze və həmin departamentin nümayəndələri qarşıladılar.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məluamtına görə, səfər ABŞ və Gürücstan arasında dəniz sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Arleigh Burke sinifin raket qıran hərbi gəmisi “Donald Kuk” ABŞ-ın altıncı flotunun əməliyyatlarının fəaliyyət arealında müxtəlif misiyalarda iştirak edir və Qara Dəniz regionunun dəniz təhlükəsizliyinin qorunması və NATO əməliyyatlarının və missiyasının yerinə yetirilməsi üçün şərait yaradır.
“Donald Kuk” Gürcüstan ərazisindən sabah, fevralın 6-da, Gürcüstanın sahil müdafiyəsi ilə bərabər planlaşdırılan təlimlərin başa çatmasından sonra gedəcək.