ABŞ-ın bir neçə universitetində Fələstinə dəstək aksiyaları keçirilib, Cənubi Kaliforniya Universitetində bir neçə nümayişçi saxlanılıb
ABŞ-ın bir neçə universitetində Fələstinə dəstək aksiyaları keçirilib, Cənubi Kaliforniya Universitetində bir neçə nümayişçi saxlanılıb

 
Amerika Birləşmiş Ştatlarının universitetlərində Fələstinə dəstək aksiyaları və həbslər davam edir.

Cənubi Kaliforniya Universitetində Qəzzada yaşayan fələstinlilərə dəstək aksiyaları yenilənib. Məlum olduğu kimi, aksiyanın bir neçə iştirakçısı saxlanılıb. Kampusun mühafizəsinin etirazçılardan çadırlarını sökməsini istəməsindən sonra vəziyyət gərginləşib.

Həmçinin Kolumbiya, Yel, Nyu-York Universitetində də aksiyalar keçirilib. Etirazçılar bir neçə kampusda isə çadırlar qurublar.

Cümə günündən sonra Kolumbiya, Yel və Nyu-York universitetlərində yüzlərlə tələbə saxlanılıb.