ABŞ Hərbi Hava Qüvvələrinin bombardımanı nəticəsində Suriyada İŞİD-in liderlərindən biri öldürülüb
ABŞ Hərbi Hava Qüvvələrinin bombardımanı nəticəsində Suriyada İŞİD-in liderlərindən biri öldürülüb. Pentaqon məlumatı təsdiqləyir.
Maher əl-Aqali ekstremist qruplaşmanın liderlər beşliyindədir.
Maher əl-Aqalinin Suriya və İraqdan kənarda İŞİD şəbəkələrinin inkişafına cavabdeh olduğu bildirilir.
Ekstremist təşkilatın liderini Hələb vilayətinin Cindayris şəhəri yaxınlığında motosikletlə səyahət edərkən öldürüblər.
PUA-ların bombardımanı nəticəsində onun baş köməkçilərindən biri ağır yaralanıb.