ABŞ-ın Gürcüstandaki səfirliyi müvəqqəti büdcəyə görə tam gücü ilə işləyə bilmir
ABŞ-ın Gürcüstandaki səfirliyi müvəqqəti büdcəyə görə tam gücü ilə işləyə bilmir

Amerika Birləşmiş Ştatları Konqresində üzdəniraq müvəqqəti büdcənin təsdiq olunmasına görə, ABŞ-ın Gürcüstandaki səfirliyi tam gücü ilə işləyə bilmir.

Səfirlikdən Birinci Kanala bəyan etdilər ki, əngəllər konsulluq departamentinə aid deyil, lakin səfirlikdə əməliyyatlar fəaliyyəti bu mərhələdə yerinə yetirilmir.

Səfirliyin veb səhifəsində qeyd edilib ki, ABŞ hökumətinin işinin bərpasına görə səhifə müntəzəm olaraq yeniləşməyəcək.

 

Xatırladaq ki, yanvarın 20-də ABŞ hökumətinin maliyyələşdirməsi qanunlayihəsinin Senat təsdiq edə bilmədi. Qanunlayihənin yekun müzakirəsi fevralın ortalarında yeniləşəcək.

Səbəb isə Demokrat və Respublikaçılar arasında fikir müxtəlifliyidir.

Qanunlayihəni Nümayəndələr Palatasında 230 nəfər dəstəklədi, 197 isə əleyhinə idi. Halbuki layihə Senatda lazım olan səs toplaya bilmədi.

Az sonra, Donald Tramp Tvitterdə yazdı ki, qanunlayihəni Demokratlar əngəlləyirlər.