ABŞ Dövlət Departamenti İsraildəki diplomatik korpusun ailə üzvlərini və mühüm vəzifə tutmayan əməkdaşlarını qaytarmaq qərarına gəlib
ABŞ Dövlət Departamenti İsraildəki diplomatik korpusun ailə üzvlərini və mühüm vəzifə tutmayan əməkdaşlarını qaytarmaq qərarına gəlib

ABŞ Dövlət Departamenti İsraildəki diplomatik korpusun ailə üzvlərini və səfirlik və konsulluqlarda mühüm vəzifə tutmayan əməkdaşlarını vətənə qaytarmaq qərarına gəlib.

“Dövlət Departamenti xaricdəki ABŞ vətəndaşlarının, o cümlədən xaricdə xidmət edən hökumət işçilərinin təhlükəsizliyinə yüksək əhəmiyyət verir. Səfirlik hələ də açıqdır. Biz diplomatik baxımdan ən yüksək səviyyədə iştirak edirik və bu, belə davam edəcək”, – mətbuat xidmətinin bəyanatında deyilir.