ABŞ Dövlət Departamenti Gürcüstandan ABŞ-ın güclü tərəfdaşı kimi bəhs edən terrorizmlə mübarizəyə dair 2022-ci ilin hesabatını dərc edib
ABŞ Dövlət Departamenti Gürcüstandan ABŞ-ın güclü tərəfdaşı kimi bəhs edən terrorizmlə mübarizəyə dair 2022-ci ilin hesabatını dərc edib

 
ABŞ Dövlət Departamenti Gürcüstandan ABŞ-ın güclü tərəfdaşı kimi bəhs edən terrorizmlə mübarizəyə dair 2022-ci ilin hesabatını dərc edib.

Hesabatda Gürcüstandan ABŞ-ın güclü tərəfdaşı kimi bəhs edilir. Sənəddə qeyd olunur ki, Gürcüstan 2022-2026-cı illər üçün Milli Antiterror Strategiyasını və Fəaliyyət Planını işə salıb, terror aktları haqqında yalan məlumata görə daha sərt tədbirlər tətbiq edib, çirkli pulların yuyulmasına və kütləvi qırğın silahlarına qarşı səyləri gücləndirib.

Sənəddə həmçinin Gürcüstanın beynəlxalq təlimlərdə və ABŞ tərəfindən keçirilən təlimlərdə iştirak etməklə quru sərhədi və dəniz təhlükəsizliyini yaxşılaşdırmaq üçün çalışdığı deyilir.

Sənəddə Gürcüstanın terror hadisələrini aşkarlaya, qarşısını ala və onlara cavab verə bildiyi deyilir. Sənəddə konkret faktlar da qeyd olunur; Belə ki, Dövlət Departamentinin hesabatında yazıldığı kimi, 2022-ci ildə heç bir Gürcüstan vətəndaşı terror məqsədi ilə Suriya və İraqa getməyib, lakin 2021-ci ildə İŞİD-lə əlaqədə təqsirləndirilən 5 Gürcüstan vətəndaşı saxlanılıb və bu il mühakimə olunublar. Sənəddə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun təşkilatçılığı ilə planlaşdırıldığı ehtimal edilən İsrail vətəndaşını öldürmək cəhdinin qarşısının alınması faktından bəhs edilir.

“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terrorizmlə bağlı insidentlər və təhqiqatlar üzərində səlahiyyətə malikdir və Terrorla Mübarizə Mərkəzi vasitəsilə Gürcüstanın Daxili İşlər, Ədliyyə və Müdafiə nazirlikləri və prokurorluq da daxil olmaqla digər qurumlarla, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir. Dövlət Təhlükəsizliyi Xidməti əsasən yaxşı təchiz edilmiş və təlim keçmişdir və onun terrorla mübarizə bölməsi beynəlxalq tərəfdaşlar və daxili təlimlər vasitəsilə mütəmadi olaraq təlim və təchizatla təminatı davam etdirir. Gürcüstanın sərhəd polisi və sahil mühafizəsi səriştəli və mütəşəkkildir, işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın quru və dəniz sərhədlərində ilk reaksiya imkanını təmin edir”- ABŞ Dövlət Departamentinin hesabatında yazılıb.