ABŞ-da pandemiya səbəbilə elan edilmiş üç illik fövqəladə vəziyyət rejimi ləğv edilib
ABŞ-da pandemiya səbəbilə elan edilmiş üç illik fövqəladə vəziyyət rejimi ləğv edilib

 

ABŞ Prezidenti Co Bayden üç il əvvəl “Covid-19” pandemiyası səbəbilə ölkə miqyasında elan edilmiş fövqəladə vəziyyət rejimini ləğv edib-müvafiq məlumatı Ağ Ev yayır.

“Prezident aprelin 10-da “Covid-19″ pandemiyası səbəbilə milli səviyyəli fövqəladə vəziyyət rejiminə xitam verən qanunu imzalayıb”-deyə Ağ Evin açıqlamasında deyilir.

O vaxtkı prezident Donald Tramp koronavirusun yayılması səbəbilə 2020-ci ilin mart ayında ABŞ miqyasında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman çıxarmışdı.