ABŞ-da Britni Qreynerin Rusiya həbsxanasında saxlanması haqqında film çəkiləcək #1TVSPORT
ABŞ-da Britni Qreynerin Rusiya həbsxanasında saxlanması haqqında film çəkiləcək #1TVSPORT

ESPN teleşirkəti və Disney kinoşirkəti amerikalı basketbolçu Britni Qriner haqqında sənədli film çəkəcək, – bu haqda ESPN xəbər verir.

Tərəflər serial üçün də müqavilə imzalayıblar. Hər iki layihə “Feniks Merkuri” basketbolçusunun Rusiya həbsxanasında saxlanmasına aiddir.

Qeyd olunur ki, sənədli filmdə Qreynerin həbsdə olduğu müddətdə çəkilmiş eksklüziv kadrlar və səsyazmaları yer alacaq.

Xatırladaq ki, Qreyner bir ilə yaxın Rusiya həbsxanasında yatıb, buna səbəb ölkəyə qadağan olunmuş maddələrin qanunsuz gətirilməsi olub. Ötən ilin dekabrında o, ABŞ-da silah alverinə görə 25 il müddətinə azadlıqdan məhrum edilmiş “ölüm alverçisi” Viktor But qarşılığında dəyişdirilib.