ABŞ Ədən körfəzində yəmənli “Husi"lərin hücumunu dəf edib
ABŞ Ədən körfəzində yəmənli “Husi"lərin hücumunu dəf edib

 
ABŞ Ədən körfəzində yəmənli “Husi”lərin hücumunu dəf edib. Bu haqda sosial şəbəkədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayır.

Bəyanatda ticarət gəmilərini “Husi”lərin hücumlarından qoruyan gəminin Ədən körfəzi üzərində Yəməndən atılan gəmi əleyhinə ballistik raketi vurduğu qeyd edilib.

“Raket ehtimal ki, 18 amerikalı və 4 yunan ekipaj üzvünün olduğu ABŞ bayrağı altında üzən gəmiyə hədəflənibmiş. Həmçinin, Mərkəzi Komandanlıq “Husi”lərin nəzarətində olan 4 pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz uçuş aparatı və raket bölgədəki Amerika gəmiləri və digər ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırdı”- Mərkəzi Komandanlıq yazır.

Ziyan və ya tələfat haqda məlumat yayılmayıb.