Abxaziyanın separatçı hakimiyyəti tərəfindən verilən məlumatda Bichvintada Aleksandr Lukaşenko ilə Aslan Bjania arasında görüş keçirildiyi deyilir
Abxaziyanın separatçı hakimiyyəti tərəfindən verilən məlumatda Bichvintada Aleksandr Lukaşenko ilə Aslan Bjania arasında görüş keçirildiyi deyilir

 

İşğal olunmuş Abxaziyanın Bichvinta şəhərində Belarus prezidenti Aleksandr Lukaşenko ilə işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania arasında görüş keçirilib.

Abxaziyanın separatçı hökuməti tərəfindən verilən məlumatda, Aslan Bjanianın Lukaşenkonu salamladığı və 1996-cı ildə MDB dövlət başçılarının görüşündə məhz Lukaşenkonun Abxaziyanın müharibədən sonrakı iqtisadi blokadasına qarşı olduğunu qeyd etdiyi deyilir. Lukaşenko isə öz növbəsində dünən prezident Putinlə Abxaziya məsələsini müzakirə etdiyini bildirib və hər iki lider qeyd edib ki, Abxaziyadan imtina etmək olmaz.

“Bu firavan ölkənin, insanların normal yaşaya bilməsi üçün kömək labüddür”- deyə Lukaşenko bildirib və qeyd edib ki, “Rusiya dəstəyə hazırdır”.

Eyni zamanda Lukaşenko bildirib ki, “onun Abxaziyaya gəlişi heç bir xüsusi vəziyyətlə bağlı deyil”.

“Bizdə vəziyyət normaldır. Biz də sizin kimi sülhsevər, mehriban, zəhmətkeş insanlarıq və harmoniyada yaşamaq istəyirik”- deyə Lukaşenko qeyd edib və “münasibətləri yaxşılaşdırmaq üçün məsələləri müzakirə etmək” təşəbbüsünü dilə gətirib.