76 yaşlı Henri Kupraşvili üzgüçülük idman növü üzrə qış dünya çempionatında altı qızıl və bir gümüş medal qazanıb
76 yaşlı Henri Kupraşvili üzgüçülük idman növü üzrə qış dünya çempionatında altı qızıl və bir gümüş medal qazanıb

 

Əfsanəvi gürcü üzgüçü, 76 yaşlı Henri Kupraşvili yenidən dünyanı təəccübləndirib.

76 yaşlı idmançı Sloveniyada keçirilən üzgüçülük üzrə 13-cü Qış Dünya Çempionatında altı qızıl və bir gümüş medal qazanıb. Genişmiqyaslı turnirdə 31 ölkədən müxtəlif yaşlarda olan üzgüçülər iştirak edib, suyun temperaturu isə 5 dərəcə olub.

Xatırladaq ki, Henri Kupraşvili 2002-ci ildə “atlı kolxuri” ilə Dardanel boğazını – 12 kilometr məsafəni 3 saat 15 dəqiqəyə üzüb. Milli üzgüçülük növlərinin öyrənilməsinə dair ilk gürcü bələdçisinin müəllifidir.