Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə munisipalitetə məxsus torpaq və ya sahəni icarəyə götürən 600-dək kiçik və orta sahibkar icarə vergisindən azad olunacaq-bu barədə Kaxa Kaladze bildirib.
Kaladzenin də qeyd etdiyi üzrə, Tbilisi Meriası koronavirusun yayılmasından insanların müdafiə olunması və yaranmış vəziyyətdə sahibkarın vəziyyətini yüngülləşdirmək məqsədi ilə tədbirlər görməyi davam etdirir.
“Xatırlatmaq istərdim ki, biz açıq havada bar və kafelər işlədən sahibkarları bütün ilin vergisindən azad etdik,onlar Tbilisi munisipalitetindən icarəyə ərazi götürmüşdülər.
Bu gün isə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə munisipalitetə məxsus torpaq və ya sahəni icarəyə götürən 600-dək kiçik və orta sahibkarı icarə vergisindən azad etməyə dair qərar qəbul etdik.Bu sahibkarları ,Tbilisi Meriası –mart,aprel və may ayı icarə vergisindən azad edir.Bu dəyişiliklərin rəsmiləşdirilməsi məqsədi ilə müqavilələrə mərhələli şəkildə dəyişiliklər daxil ediləcək.
Qeyd etmək lazımdır ki, icarəçi bizim tərəfimizdən təklif olunmuş güzəştlər ilə yararlanacağı təqdirdə, bu güzəştləri alt icarəçi ilə olan əlaqələrinə də şamil etməlidir.Nəticə etibarı ilə, əgər konkret sahibkar icarəyə ərazi götürmüş və bu ərazini daha sonra digər şəxsə kirayəyə vermiş isə, o zaman güzəşt onların hamısına şamil olunur.
Bundan irəli gələrək, deyə bilərik ki, güzəştdən əslində 600 icarəçi sahibkardan daha çoxu yararlanacaq.Sözü gedən qərar əsasən, kiçik və orta sahibkarlara şamil olunur”-deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri, vətəndaşlara bir daha müraciət edərək, onları Ümumdünya Səhiyyə Təşkilatının və ölkənin müvafiq qurumları tərəfindən verilən rekomendasiyalara əməl etməyə çağırıb.
“Fərdi gigyena qaydalarına əməl etmək olduqca vacibdir,insanlar ilə rabitə qurarkən ara məsafəsi saxlamaq lazımdır,təxirəsalınmaz zərurət olmadan evdən bayıra çıxmayın, ictimai yerlərdən uzaq durmağa çalışın.Virusun yayılmasının qarşısının alınmasının ən effektiv yolu mövcud rekomendasiyalara əməl etməkdən keçir.Burdaca virusa qarşı mübarizə aparan hər bir insana,hər bir həkimə öz minnətdarlığımı bildirmək istəyirəm.
Əminəm ki, müvafiq qurumlar və ictimaiyyətin əlaqələndirilmiş addımları nəticəsində bu çağırışın da öhdəsindən gələcəyik”-deyə Kaxa Kaladze bildirib.