50 yaşdan yuxarı vətəndaşlar buster doza ilə peyvəndlənəcəkləri təqdirdə 100 lari alacaqlar
50 yaşdan yuxarı vətəndaşlar üçün peyvəndləməni təşviq edən proqramın yenidən bir ay davam edəcəyi ilə bağlı qərar qəbul edilib-bu barədə Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Qiorqi Ğibradze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, peyvəndin üçüncü, qüvvətləndirici dozasını qəbul edən 50 yaşdan yuxarı vətəndaşa 100 lari veriləcək.
“Bundan əlavə, 50 yaşdan yuxarı vətəndaşlar buster doza ilə peyvəndlənəcəkləri təqdirdə həvəsləndirici kampaniyadan yararlanacaqlar, lakin bu halda 100 lari həcmində”-deyə Qiorqi Ğibradze bildirib.