5 156 valideyn onlayn təhsilə keçid üçün müraciət edib, 6 277 -si isə qeydiyyatı ləğv edib
Yanvarın 17-də başlayan yeni semestrdən dövlət məktəblərində təhsil alan 5156 şagirdin valideyni onlayn təhsilə keçmək istəyini ifadə edib. Bu barədə Gürcüstanın Birinci Kanalına Təhsil Nazirliyindən məlumat verilib. Onların verdiyi məlumata görə, onlayn təhsillə bağlı 6277 müraciət ləğv edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, distant təhsil almaq istəyənlər Təhsilin İdarə Edilməsi İnformasiya Sistemi tərəfindən yaradılmış veb-saytda – https://online.emis.ge-də qeydiyyatdan keçməlidirlər.
Onların sözlərinə görə, onlayn tədris üçün müraciətin edilməsi /ləğv edilməsi hər cümə axşamı saat 00:00-18:00 aralığında mümkündür.
Nazirlikdən verilən məlumata görə, payız semestrində distant təhsil formatını seçib ləğv etməyənlərin yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur.
Xatırladaq ki, şagirdlərin valideynlərinin 2021-2022-ci tədris ilinin yaz semestrində də davamiyyət forması və distant təhsil arasında seçim etmək imkanı var.