40 könüllü müəllim Gürcüstanın səkkiz regionunda məktəblərə göndəriləcəklər

Fəaliyyətə başlamadan öncə, könüllü müəllimlərə hələ treninqlər keçirilir.

“Gürcüstanla bərabər öyrət və öyrən” adlı proqram çərçivəsində, proqram iştirakçıları gürcü dilinin qısa kursu, mədəniyyətlərarası komunikasiya və metodologiya ilə tanış olurlar.

Proqram 2010-cu ildə başladı.

Könüllü müəllimlər rayondaki evlərdən birində qonaq qalırlar, yerli məktəbdə işləyirlər və məktəb fəaliyyətində iştirak edirlər.