4 və 5 iyul tarixlərində Gürcüstanda qısa yağış yağacağı və şimşək çaxacağı gözlənilir
İyulun 4-də günün sonundan iyulun 5-i səhərədək Gürcüstanda bəzi yerlərdə güclü şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu və güclü külək olacağı gözlənilir.
Bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayır.
Onların məlumatına görə, gözlənilən güclü yağışlar Gürcüstanın kiçik çaylarında daşqınlara və ölkənin dağlıq ərazilərində torpaq sürüşməsinə səbəb ola bilər.