35-ci məktəbin direktoru - yaralanan yeniyetmələrin ikisi də bizim məktəbimizin şagirdidir, ancaq hadisə Qırmızı Bağ ərazisində baş verdi
Yeniyetmələr arasında münaqişə Saburtaloda, Qırmızı Bağ ərazisində baş verdi, – bu barədə bəyanatı Birinci kanala 35-ci məktəbin direktoru verdi.
Mixeil Çikviladzenin məlumatına görə, yeniyetmələrin ikisi də onun məktəbinin şagirdləridir.
“Onlar 12-ci sinif şagirdləridirlər və indiyə qədər yaxşı dissiplin ilə seçilirdilər. İndiyə qədər aralarında hərhansı bir münaqişə baş verməmişdi. Pedaqoqlar da onları müsbət təsvir edirlər. Hadisə məktəbimizin ərazisində baş verməyib, çünki o saatlarda məktəbdə kimsə olmur. Münaqişə Kazbegi küçəsində, Qırmızı parkda baş verib” – dedi Mixeil Çikviladze.
Yeniyetmələr arasında baş verən münaqişə ilə bağlı istintaq aparılır.