32-ci batalyonun dördüncü axını Əfqanistana yola düşdü
32-ci batalyonun dördüncü axını Əfqanistana yola düşdü

Gürcüstanın Müdafiyə Nazirliyinin bəyanatına görə, Əfqanistan İslam Respublikasında birgə sülh missiyasını yerinə yetirmək məqsədi ilə, Gürcüstanın silahlı qüvvələrinin 32-ci piyada batalyonunun Əfqanistana göndərilməsi prosesi davam edir.

İdarənin məlumatına görə, bu səfər Əfqanistana alt bölmənin dördüncü axını gedir.

Gürcü sülhməramlıları NATO-nun egidası ilə, Əfqanistanda “Möhkəm missiya”-da iştirak edirlər.

Onların əsas məqsədi Bahram avia-bazasının təhlükəsizliyini qorumaqdır.

Yaxın zamanda rotasiya başa çatacaq və 13-ci batalyon öz səlahiyyətləri 32-ci batalyona təhvil verəcək.

ABŞ-ın Avropa Hərbi Rəhbərliyinin nümayəndələri gürcü hərbçilərinin hazırlıq səviyyəsinə yüksək qiymət verdilər.