31-ci batalyon səhra təlimini başa vurub
31-ci batalyon səhra təlimini başa vurub

 
Gürcüstanın Müdafiə Qüvvələrinin Qərb Komandanlığının 3-cü Piyada Briqadasının 31-ci Batalyonu Orpolo poliqonunda planlaşdırılmış taktiki qrupun səhra təlimini başa çatdırıb.

Müdafiə Nazirliyindən verilmiş məlumatda qeyd edildiyi üzrə, səhra təlimləri Orpolo poliqonunda döyüş atışları ilə başa çatıb.

Təlimin ssenarisinə əsasən, yüzlüyün taktiki qrupu əməliyyat rayonunda şərti düşməni ləngidib, əhəmiyyətli mövqeni tutub və əks-hücum əməliyyatı həyata keçirib.

Əməliyyatın həyata keçirilməsində bölmə mühəndis, mexanikləşdirilmiş və artilleriya batareyaları ilə dəstəklənib. İki həftəlik təlimdə 3-cü Piyada Briqadasının hərbçiləri iştirak ediblər. Dörd həftə ərzində bölmə artilleriya atəşi manevrləri ilə inteqrasiya olunmuş əməliyyatların planlaşdırılması və icrası, zirehli texnika ilə kombinə edilmiş hərəkətlər, eləcə də kiçik qruplar şəklində əməliyyatların yerinə yetirilməsi, komanda-nəzarət tədbirlərinin təkmilləşdirilməsi və yaxşılaşdırılması üzrə təlimlər keçirib.

Təlimin yekun mərhələsində Qərb komandiri, briqada generalı Koba Qriqolia iştirak edib.