3-4 oktyabrda Gürcüstana Şimali Atlantik Şurası gələcək
3-4 oktyabrda Gürcüstana Şimali Atlantik Şurası gələcək

Gürcüstan hökumətinin dəvəti ilə, 3-4 oktyabrda Gürcüstana Şimali Atlantik Şurası gələcək. Bu barədə NATO tərəfindən yayılan məlumatda deyilir.

Pressrelizdə Gürcüstana gələn aliyansın baş katibinin müavininin, Roz Qotmyullerin və NATO-nun üzv ölkələrinin səfirlərinin planlaşdırdığı görüşləri göstərilibdir. Roz Qotmyuller baş nazir Giorgi Qaxariya ilə birlikdə Batumidə NATO-Gürcüstan komissiyası iclasına rəhbərlik edəcək.

Şimali Atlantik Şurasının üzvləri Gürcüstan prezidenti, Müdafiə və Daxili İşlər naziri, Parlamentin sədri və üzvləri ilə görüş keçirəcəklər.

NATO-nun baş katibinin müavini Batumi Dövlət Universitetinin tələbələrinə də nitqlə mürciət edəcək.