2030-cu ilin dünya çempionatı üç qitənin altı ölkəsində keçiriləcək #1TVSPORT
2030-cu ilin dünya çempionatı üç qitənin altı ölkəsində keçiriləcək #1TVSPORT

2030-cu ildə dünya çempionatı üç qitənin altı ölkəsində keçiriləcək – “The Athletic” məlumatı FİFA-ya istinadən yayır.

2030-cu ilin dünya çempionatının əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. İlk dünya çempionatının 100 illiyini qeyd etmək üçün turnirin ilk üç matçını Uruqvay, Argentina və Paraqvay keçirəcək.

Dünya çempionatı ilk dəfə 1930-cu ildə Uruqvayda keçirilib. Final görüşündə Uruqvay Argentinanı 4:2 hesabı ilə məğlub edib.