2024-cü ilin birinci rübündə beynəlxalq turizmdən əldə edilən gəlir rekord həddə- 807,7 milyon dollara çatıb
2024-cü ilin birinci rübündə beynəlxalq turizmdən əldə edilən gəlir rekord həddə- 807,7 milyon dollara çatıb

 
2024-cü ilin birinci rübündə Gürcüstanda beynəlxalq turizmdən əldə edilən gəlir rekord həddə- 807,7 milyon dollara çatıb. Məlumatı Milli Turizm Administrasiyası yayır.

Administrasiyanın göstəricilərinə əsasən, 2024-cü ildə beynəlxalq turizmdən əldə edilən gəlir 2019-cu ilin səviyyəsini 39,6% (229 milyon ABŞ dolları), 2023-cü ilin göstəricisini isə 1,5% (12,3 milyon ABŞ dolları) üstələyib.

Gürcüstanın Milli Turizm Administrasiyasının məqsədyönlü və yeni turizm bazarlarında aktiv marketinq kampaniyaları nəticəsində ölkədə beynəlxalq turizmdən əldə olunan gəlir kəskin şəkildə artıb.