2021-ci ilin ilk kvartalında Gürcüstanda avtoqəzalar nəticəsində 94 nəfər həlak olub
2021-ci ilin ilk kvartalında Gürcüstanda 1 247 yol qəzası baş verib, onlardan 43-nün səbəbi alkohol təsiri altında avtomobil sürmək olub.
Avtoqəza nəticəsində həlak olanların sayı 94-dür, yaralananların sayı isə, 1613.
Bu haqda məlumatı Statistika Departamenti Daxili İşlər Nazirliyinin göstəricilərinə əsasən yayır.
Xatırladaq ki, ilk kvartal ərzində, ölkədə koronavirus pandemiyasına görə, saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq məhdudiyyəti var idi.
Keçən ilin eyni müddətində 1236 avtoqəza baş vermişdi, 1610 nəfər zərər görmüşdü, 134 isə, həlak olmuşdu.