2021-ci ilin altı ayında gürcü şərabının ixracı 13% artdı

 

2021-ci ilin altı ayında Gürcüstandan dünyanın 56 ölkəsinə 46,4 milyon şüşə (0,75 l) şərab ixrac edilib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 13 % çoxdur.

“Milli Şərab Agentliyi”-nin məlumatına görə, ixrac olunan şərabın dəyəri 104 milyon ABŞ dollarına çatır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Agentlikdən verilən məlumata görə, strateji bazarlarda artım dinamikası qorunur:

Polşa – 31% (2864152), Çin – 10% (2762922), Litva – 38% (245940), Latviya – 2% (809106), ABŞ – 35% (502353), Almaniya – 4% (364459), Estoniya – 3% (348538) B.Britaniya – 60% (283 830).

Ümumilikdə 322 şirkət müxtəlif həcmdə şərab ixrac edib.