2021-ci ildə iş yerlərində baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2020-ci illə müqayisədə 18 faiz, 2019-cu illə müqayisədə isə 29 faiz azalıb

 

2020-ci ildə əmək qanunvericiliyinin islahatı çərçivəsində çox mühüm addım atıldı – Gürcüstanın “Əmək Müfəttişliyi haqqında” qanunu qəbul edildi, onun əsasında da 2021-ci il yanvarın 1-dən “Əmək Müfəttişliyi Xidməti” yaradıldı – bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Nazirin sözlərinə görə, əmək şəraitini yoxlamalarının intensivliyi / pozuntuların aşkarlanması və ona reaksiya veriləmsi tezliyi artıb. Konkret olaraq, xidmət üçün artırılan mandat onun həyata keçirdiyi tədbirlərin nəticələrində öz əksini tapmışdır, bunlar arasında iş yerlərində bədbəxt hadisələrin azalmış göstəriciləri xüsusilə diqqətəlayiqdir:

2021-ci ildə iş yerlərində baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 2020-ci illə müqayisədə 18 faiz, 2019-cu illə müqayisədə isə 29 faiz azalıb.