"2020-ci ilin Avropanın ən yaxşı istiqamətləri" müsabiqəsində Tbilisi də iştirak edir

“2020-ci ilin Avropanın ən yaxşı istiqamətləri” müsabiqəsində Tbilisi də iştirak edir.

Beynəlxalq müsabiqə üçün səkkiz fotoqraf tərəfindən çəkilən fotolar seçildi.

Bu barədə məlumatı Tbilisinin meri bu günki paytaxt hökümətinin iclasında verdi.

Kaxa Kaladze qeyd etdi ki, istiqamətlərə səs vermə prosesi fevralın 5-nə qədər davam edəcək.

“2020-ci ilin Avropanın ən gözəl istiqamətləri arasında paytaxtımızı rəqibləri: London, Vena, Afina, Roma, Amsterdam, Praqa, Krakov, Brüssel, Paris, Valensia, Luqano və sairə olacaqlar.

Qalib istiqamət isə, səs vermə nəticəsində bəlli olacaq. Səs vermə fevralın 5-nə qədərdir” – dedi Kaxa Kaladze.

Müsabiqədə səs vemək üçün  www.vote.ebdest.in veb-səhifəsinə daxil olmalısınız.

Müsabiqədə Tbilisiyi dəstəkləmək üçün #votefortbilisi heşteqindən istifadə edilməlidir.

Səs vermə fevralın 5-də, 14:59-a qədər davam edəcək.

“Düşünürəm ki, bu müsabiqədə qalib olmaq paytaxtımıza turistlərin cəlb edilməsi üçün çox önəmlidir. Hər platformadan istifadə etməliyik ki, ölkəmizi ən populyar və maraqlı edək” – dedi Kaxa Kaladze.