2020-ci ildə, Gürcüstan təbii qazın 92,7%-ni Azərbaycandan, 6,6%-ni isə, Rusiyadan alacaq
2020-ci ildə, Gürcüstan təbii qazın 92,7%-ni Azərbaycandan, 6,6%-ni isə, Rusiyadan alacaq

Gürcüstanın İqtisadiyyat və stabil İnkişaf Naziri Natia Turnava 2020-ci ilin təbii qaz balansını təsdiqlədi.

Sənədə əsasən, Gürcüstana gələn təbii qazın tam həcmi 2,57 milyard kubmetr təşkil edir.

Ordan 2,39 milyard kubmetri, yəni qazın 92,7 faizini Gürcüstan Azərbaycandan alacaq – 1,51 milyard kubmetri SOCAR-dan, 873,8 milyon kubmetri isə, Şah-Dənizdən.

Proqnozlara əsasən, Rusiyadan gələn təbii qazın həcmi 169,9 milyon kubmetr olacaq, yəni 6,6 faiz.

Yerli qazın həcmi isə, cari ildə 17,9 milyon kubmetr olacaq, yəni 0,7 faiz.

İstifadəçilərə gəlincə isə, 2020-ci ildə, sosiyal təyinatlı qaz 1,6 milyard kubmetr təşkil edir, hansılarından bir milyard kubmetr əhaliyə veriləcək, 600 milyon isə, elektrostansiyalara.

Komersiyal sektorda qazın istifadəsi 911 milyon kubmetr təşkil edir.

Qaz itkilərinin isə, 35 milyon kubmetr olacağı ehtimal olunur.

Cari ilin qaz balansı ilə müqayisədə, 2020-ci ildə təbii qazın gətirilən və həmçinin istifadə edilən həcminin azalması gözlənilir.