Təhsil Nazirliyinin məlumatına görə, koronavirus pandemiyasının yayılmasının prevensiyası məqsədi ilə, ölkə miqyasında elan edilən fövqəladə vəziyyətə görə, 2020-2021 tədris ili üçün birinci sinif şagirdlərinin yeni qeydiyyat tarixi müəyyən edildi.
“Birinci sinif şagirdlərinin ilk qeydiyyat mərhələsi martın 2-dən, martın 16-na qədər, müvəffəqiyyətlə həyata keçirildi, lakin, xüsusi təhsil tələbləri olan şagirdlərin maraqları nəzərə alınaraq, məktəbə sənədlərin qəbul müddəti dəyişdirildi.
Yəni: Xüsusi təhsil tələbləri olan şagirdlər üçün məktəbə sənədlərin təqdim edilmə tarixi aprelin 24-ü əvəzinə, iyulun 5 olacaq.