2019-cu ilin yanvarın 1-dən işlə təmin edən şəxs və ya təşkilat, qəza nəticəsində zərər görən əməkdaşını sığorta ilə təmin edəcək
2019-cu ilin yanvarın 1-dən işlə təmin edən şəxs və ya təşkilat qəza nəticəsində və ya bədbəxt hadisə nəticəsində zərər görən əməkdaşını sığorta ilə təmin edəcək.
Bu barədə bəyanatı Səhiyyə nazirinin müavini Tamila Barkalia verdi.
Bədbəxt hadisə nəticəsində zərər görənlərin məcburi sığortasını “Əmək təhlükəsizliyi haqqında” Gürcüstan qanunu nəzərdə tutur.
Səhiyyə Nazirliyinin məlumatına görə, qeyd olunan təşəbbüsün müzakirə edildiyi görüşdə, sığorta şirkətlərinin nümayəndələri və biznes birlikləri, qeyd olunan istiqamətdə iki tərəfli əməkdaşlıq üçün hazır olduqlarını bildirdilər.