2019-cu ilin dünyanın ən yaxşı müəllimlərinin 10 finalisti arasına gürcü müəllimi Lado Abxazava da düşdü

2019-cu ilin dünyanın ən yaxşı müəllimlərinin 10 finalisti arasına gürcü pedaqoqu Lado Apxazava da düşdü.

“Qlobal teacher 2019”-un finalistlərini Holivudun ulduzu Hyu Cekman təqdim etdi.

“Bu insanlar dünyanın müxtəlif yerlərindəndirlər. Onlar necə şəhərdə, eləcə də rayon məktəblərində dərs keçirlər. Onlar uşaqların hüquqlarını qoruyurlar və inkluzivliyi dəstəkləyirlər. Onlar uşaqları musiqi ilə, texnologiyalarla, robotexnika ilə və elmlə inkişaf etdirməyə çalışırlar.

Bu insanlar necə şagirdlər üçün, eləcə də, ictimaiyyət üçün ilham qaynağıdırlar” – deyir “Qlobal teacher 2019”, 10 finalistini təsvir edərkən.

Təşkilatın veb-səhifəsində Çibati kəndinin məktəb müəllimi Lado Apxazavanın tərcümeyi-halı və video-çarxları yerləşdirilib.

“Mən öz işimi sevirəm, çünki o mənə insanların həyatını daha yaxşı etmək üçün imkan verir. Hər zaman çalışıram ki, dərslərim şagirdlər üçün komfortlu, yadda qalan və maraqlı olsun” – deyir Lado Apxazava.

Qlobal Teacher 2019-un qalibi Dubayda Təhsil Forumunda 2019-cu ilin mart ayında bəlli olacaq və mükafat olaraq, bir milyon amerikan dollarını alacaq.

Lado Apxazava Lançxuti munisipalitetinin Çibati kəndinin ümumi məktəbində vətəndaş təhsili pedaqoqudur.

2017-ci ildə o müəllimlərin milli mükafatının sahibi oldu.