2019-cu ilin Avroviziya mahnı müsabiqəsində Gürcüstanın rəsmi jürisinin kimliyi bəlli oldu
2019-cu ilin Avroviziya mahnı müsabiqəsində Gürcüstanın rəsmi jürisinin kimliyi bəlli oldu

2019-cu ilin Avroviziya mahnı müsabiqəsində Gürcüstanın rəsmi jürisinin kimliyi bəlli oldu.

Beynəlxalq jürinin 200 nümayəndəsi ilə bərabər Gürcüstanın adı ilə, balları Xatuna Koberidze, Sopo Toroşelidze, Mariko Lejava, Boris Şxiani və Levan Abşilava verəcəklər.

Jüri üzvləri müsabiqəçiləri dörd əsas aspektlərlə dəyərləndirəcəklər: Vokal, Performans, Mahnı və musiqi nömrəsinin ümumi təəssüratı.

Jüri üzvləri öz ölkələrindən başqa, bütün digər ölkələrin iştirakçılarını dəyərləndirəcəklər.

Statistik göstəricilərə görə, 2019-cu ildə, Avroviziya mahnı müsabiqəsində ən gənc jüri üzvü 16 yaşındadır və Maltadandır.  Ən yaşlısı isə, 82 yaşındadır və Xorvatiyadandır.

205 üzvdən ibarət olan jürinin orta yaşı 41-dir. Onlardan 96-sı qadındır, 109-u isə, kişidir.