2018-ci ilin Uşaq Avroviziyasına səs vermə prosesi noyabrın 23-də saat 23:00-dən başlayacaq

2018-ci ilin Uşaq Avroviziyasına səs vermə prosesi noyabrın 23-də saat 23:00-dən başlayacaq.

Müsabiqə qalibinin aşkarlanması üçün onlain səs vermək junioreurovision.tv-dən mümkündür.

Hətta öz ölkəmizdən, ölkəmizin namizədini də dəstəkləyə bilərik.

Onlain səs vermə proseduru noyabrın 25-də, böyük şou başlayana qədər dayandırılacaq və müsabiqə iştirakçılarının çıxışlarından sonra, 15 dəqiqəliyinə yenə qüvvədə olacaq.

Müsabiqənin qalibini 50 faizlə jüri, 50 faizlə isə, tamaşaçıların səsləri müəyyənləşdirəcək.

Uşaq Avroviziyası bu il Belorusiyada keçirilir.

Gürcüstanı Uşaq Avroviziyasında “Səsin səsin” adlı mahnısı ilə yerli müsabiqədə qalib olan Tamar Edilaşvili təmsil edir. Onun mahnısı 22 kompozisiya arasından seçildi.

Tamar Edilaşvili Avroviziyada 13 nömrə ilə çıxış edəcək.

Geniş miqyaslı şou Minskdə noyabrın 25-də keçiriləcək və onda 20 ölkənin nümayəndəsi iştirak edir.