2018-ci ildən elektron reseptlərin verilməsi klinikalar üçün məcburi olacaq

Elektron resept sisteminə keçmək 2018-ci ildən qaçınılmaz olacaq.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, elektron reseptlərin verilməsi ilə bağlı islahatlar ilk öncə Tbilisi miqyasında həyata keçiriləcək.

Layihəyi bugün Səhiyyə Naziri David Sergeenko klinikalara tanıtdı.

Elektron resept verməyən klinikalar Ümumi Səhiyyə Proqramında iştirak edə bilməyəcəklər.

“Bundan sonra, nazirlik sadəcə elektron resept sistemi ilə çalışan klinikalarla müqavilə qoyacaq” – dedi nazir.

Bugün üçün dövlət elektron resept sistemində Tbilisi miqyasında 1000-dən artıq həkim və 500-ə qədər farmasevt müəssisələri qeydiyyatdan keçib.