2018-ci ildə Asya böcəyi ilə mübarizə məqsədi ilə milyona qədər hektar ərazi dərmanlanacaq
2018-ci ildə Asya böcəyi ilə mübarizə məqsədi ilə milyona qədər hektar ərazi dərmanlanacaq

Kənd təsərrüfatı və Ətraf Mühitin Qorunması Naziri Levan Davitaşvilinin dediyinə görə, Asya böcəyi ilə mübarizə üçün 2018-ci ilin strategiya layihəsi hazırlanıb, hansı ki, 2017-ci ildə həyata keçirilən tədbirlərdən götürülən təcrübəyə və beynəlxalq mütəxəssislərin tövsiyyələrinə əsaslanır.

Nazirin mətbuat konfransında verdiyi bəyanatına görə, strategiya üç əsas istiqamətdən ibarətdir: fəal informasiya kampaniyası, tam miqyaslı monitorinq və zərərli həşarətə qarşı istifadə edilən kimyəvi dərmanlama.

Asya böcəyi adlı zərərli həşarət ilə mübarizə məqsədi ilə, regionda milyon hektara yaxın ərazi dərmanlanacaq və bunun üçün 360 ton pestisiddən istifadə ediləcək.

Nazirin dediyinə görə, həmçinin, beynəlxalq yardım formatında, USAID tərəfindən 17  vahid traktor aqreqatının alınması planlaşdırılıb.