2018-ci il Qış Olimpiyadasının təhlükəsizlik məsələsi
2018-ci il Qış Olimpiyadasının təhlükəsizlik məsələsi

Şimali Koreyanın ballistik raketinin növbəti sınağından sonra Cənubi Koreyanın prezidenti Mun Çje İn Pionçanqın 2018-ci il Qış Olimpiyadasının təhlükəsizlik məsələsini bir daha irəli sürdü.

O, hökumətə tapşırıq verdi ki, raketin buraxılması Olimpiya oyunlarının uğurlu və təhlükəsiz şəraitdə keçməsinə hansı təsirin göstərə biləcəyini araşdırsınlar. Milli Təhlükəsizlik Şurasının iclasında Mun Çje İn bəyan etdi ki, vəziyyətin”sabit idarəsinin” medodları axtarıb tapılmalıdır.

Cənubi Koreyada ümid edirlər ki, Şimali Koreya Olimpiyadada iştirak etməyə razılaşacaq və bununla gərgin atmosferi zəifləyəcəkdir.

Şimali Koreya Olimpiyadada iştirak etmək haqqında hələlik rəsmi olaraq bəyanat verməyib.

Xatırladaq ki, Şimali Koreya Seulda 1988-ci ildə keçirilən Yaz Olimpiya oyunlarına boykot elan etmişdir.