2017-ci ilin göstəricilərinə görə, dünyanın müxtəlif ölkələrində 840 000 Gürcüstanlı emiqrant yaşayır
2017-ci ilin göstəricilərinə görə, dünyanın müxtəlif ölkələrində 840 000 Gürcüstanlı emiqrant yaşayır. “Amerikanın səsi”-nin məlumatına görə, qeyd olunan göstəricilər “PİU”-nun tədqiqat mərkəzinin veb-səhifəsində yayıldı.
Məlumata əklənən interaktiv xəritə göstərir ki, Gürcüstandan gedən ən çox miqrant Rusiya Federasiyasında yaşayır – 450 min, 80 000 – Yunanistanda, 70000 – Ukraynada, 50 000 – Azərbaycanda, 40 000 – Ermənistanda, 30 000 – Amerikada, 20 000 – Almaniyada, 20 000 – Kiprdə, təqribən 10 min isə, İtaliyada.
Eyni göstəricilərə görə, 10 000-dən biraz azmiqrant hazırda İsraildə, İspaniyada, Belorusda, Türkiyədə, Fransada, Avstriyada, Qazaxstanda, Qırğızıstanda, Birləşmiş Krallıqda, Kanadada, Belçikada, Estoniyada, İsveçrədə, İsveçdə, Latviyada, Portuqaliyada və Çexiyada yaşayır.
Amerika səsinin məlumatına görə, 1990-cı ilin göstəriciləri biraz fərqli idi, ancaq o zaman da, miqrantların böyük sayı Rusiyada yaşayırdı – 660 000 nəfər. Sonra isə, Ukrayna gəlirdi, hansında ki, 80 000 gürcü miqrantı yaşayırdı.
Amerikanın səsinin yaydığı məlumata görə, 2010-cu ilin göstəriciləri ilə, Rusiyadaki Gürcüstanlı miqrantlarının sayı azaldı. 2000-ci ildə 630 000 olan miqrant sayı, 2010-cu ildə, 440 000-ə endi.
Rusiya yenədə Gürcüstanlı miqrantların sayı ilə, birinci yerdədir, ikinci yerdə: Yunanistan – 90 000, Ukrayna – 60 000, Azərbaycan – 50 000, Ermənistan – 30 000.
Əgər 1990-cı ildə, Amerikada 10 000 gürcü miqrantı yaşayırdısa, 20 ildən sonra, bu rəqəm artdı və 2-17-ci ildə ABŞ-da 30 min gürcü miqrantı yaşayır.
Birləşmiş Millətlərin “əhali departamentinin açıqlamasına görə” “beynəlxalq miqrant” bir il və yaxud artıq il ərzində digər ölkədə yaşayan insandır.