2017-ci ildə, Gürcüstanda baş verən yanğınlar nəticəsində 79 insan həyatını itirdi
2017-ci ildə, əvvəlki illər ilə müqayisədə, yanğınların və yanğında ölənlərin sayı artıb.
Gürcüstan Statistikasının məlumatına görə, 2017-ci ildə Gürcüstanda 15 222 yanğın baş verdi, yanğında ölənlərin sayı isə, 79 nəfərdir.
Gürcüstan Statistika Departamentinin məlumatına görə, belə yüksək göstəricilər ölkədə 2001-ci ildən sonra qeyd olunmayıb.
Məsələn, statistikaya görə, 2016-cı ildə ölkədə 10 951 yanğın baş verdi və 49 nəfər öldü. 2015-ci ildə isə, 14 614 yanğın baş verdi və 67 insan həyatını itirdi.