2006-cı ilin aprel ayına qədər verilən sürücülük vəsiqələrinin qüvvədə olma müddəti aprelin 1-də başa çatır

2006-cı ilin aprel ayına qədər verilən sürücülük vəsiqələrinin qüvvədə olma müddəti aprelin 1-də başa çatır.

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə, vətəndaşlar müvafiq xidmət agentliyinin struktur birliklərinə müraciət edərək, sürücülük vəsiqələrini aprel ayına qədər dəyişdirə bilərlər.

Gürcüstan parlamentinin qərarı ilə, qeyd olunan dəyişiklik, “Yol hərəkatı haqqında qanunda” bugündən qüvvəyə minəcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əgər vaxtı başa çatan vəsiqələr aprelə qədər dəyişdirilməsə, sürücülərin vəsiqələri avtomatik olaraq qüvvəsiz olur və avtomobil sahibi, yeni vəsiqə alana qədər sükan arxasına otura bilməyəcək.

Nazirliyin məlumatına görə, sürücülük vəsiqələrini dəyişmək istəyənlər yenidən teoriya və praktika imtahanlarını tapşırmalı deyillər.