20 faizlik azalmaya baxmayaraq, Gürcüstana səfər edənlərin sayında Rusiya liderlik edir
20 faizlik azalmaya baxmayaraq, Gürcüstana səfər edənlərin sayında Rusiya liderlik edir

Milli Turizm Administrasiyası cari ilin sentyabr ayının detallı statistikasını yayır.

Göstəricilərə əsasən, Rusiyadan gələn yolçuların sayı keçən ilin eyni dövrünün göstəricilərindən 20.6 faizlə azalıb, ancaq statistikada yenə Rusiya liderlik edir.

Sentyabrda Rusiyadan 147 425 yolçu gəlib, Azərbaycandan 145 482 (+4.8 faiz), Ermənistandan 128 670 (+8.1 faiz), Türkiyədən isə, 89 294 (+8.3 faiz).

Rusiya yanvar-sentyabr aylarının göstəricilərində də liderlik edir.

Cari ilin 9 ayında Rusiyadan 1 205 974 yolçu gəldi, (+8.7 faiz), Azərbaycandan 1 169 831 səfər (+6.8 faiz), Ermənistandan 993 144 (+3.9 faiz), Türkiyədən 907 350 (+1.7 faiz).