17 yaşına qədər uşaqlar üçün 200 larilik yardım almaq üçün qeydiyyat sabahdan başlayır
17 yaşına qədər uşaqların valideynləri hər uşağa 200 larilik yardım almaq üçün xüsusi portalda sabahdan qeydiyyata başlaya bilərlər.
Portala uşağı adı, soyadı, doğum tarixi, şəxsi nömrəsi daxil edilməlidir.
Valideynin adı, soyadı, şəxsi nömrəsi daxil edilməlidir.
Valideynin və yaxud uşağın qanuni nümayəndəsinin komersiyal bankda açılan hesab rekvizitləri daxil edilməlidir.
Əlaqə saxlamaq üçün mobil telefon nömrəsi daxil edilməlidir.
Əgər daxil edilən məlumatda bəzi dəqiqsizliklər varsa və yaxud qəbul olunmursa, portala uşağın doğum vəsiqəsi yüklənməlidir.
Əlavə məlumat üçün Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edilməlidir – 1505.
Qeydiyyat instruksiyası Səhiyyə Nazirliyinin veb-səhifəsindədir: www.moh.gov.ge və həmçinin elektron portalda – daxmareba.moh.gov.ge