16-20 oktyabrda Gürcüstan Frankfurt Kitab Sərgisində milli stend ilə təqdim olunacaq
Gürcüstan Kitab Nəşriyyati Asossiyasiyasının təşkilatçılığı ilə, 16-20 oktyabrda Gürcüstan Frankfurt Kitab Sərgisində milli stend ilə təqdim olunacaq.
Keçən il Gürcüstan Frankfurt Kitab Sərgisində fəxri qonaq statusu ilə təqdim olunmuşdu. Uğurlu layihədən sonra, bu il Gürcüstan Frankfurt Kitab Sərgisində yeniləşdirilmiş – Follow the Journey of Georgian Characters şuarı ilə təqdim olunacaq.
Layihə çərçivəsində sərginin müxtəlif məkanlarında 20-ə qədər ədəbi və biznes tədbirlər planlaşdırılıb.