15 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı Kutaisi meriyası yeni il şənliklərini ləğv etdi

Kutaisidə yeni il şam ağacının işıqları təntənəli şəkildə yandırılmayacaq. Bunun səbəbi isə, 15 yaşlı yeniyetmənin faciəli ölümüdür.

“15 yaşlı yeniyetmənin suiqəst edərək, ölüm faktı bütün ictimaiyyətimizi çalxaladı. Bu faciəyə görə hamımız günahkarıq. Yaranan vəziyyətdən dolayı, dekabrın 21-də Kutaisidə əsas şam ağacının işıqları təntənəli şəkildə yandırılmayacaq” – deyilir Kutaisi meriyası tərəfindən yayılan bəyanatda.

Suiqəst edən 15 yaşlı şagird dünən xəstəxanada vəfat etdi.

Hadisə Diğomi massivində baş verdi.

Məktəbdə baş verən insindentdən sonra, yeniyetmə polis tərəfindən sorğuya çəkildi.

Onun vəkilinin dediyinə görə, polis uşağa psixoloji təzyiq edib.